logo
Zəng et

Shahin888

shahinra@gmail.com

Ping haqqında məlumat

Gizlilik və istifadə qaydaları

  1. GİZLİLİK SİYASƏTİ AZ-NET.AZ VEBSAYTINA DAXİL OLDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK.
    Şəxsi məlumatlarınıza hörmət edir və onları qorumaq istəyirik. Daha ətraflı məlumat əldə etmək üçün, zəhmət olmasa, bu Məxfilik Siyasətini oxuyun. Məxfilik Siyasətində şəxsi məlumatınızın necə toplandığı, istifadə olunduğu və (müvafiq şərtlər daxilində) açıqlanması öz əksini tapıb. Burada həmçinin şəxsi məlumatınızın qorunması üçün atdığımız addımlar izah olunur. Nəticədə, bu Məxfilik Siyasəti şəxsi məlumatınızın toplanması, istifadəsi və açıqlanması ilə bağlı seçimlərinizi izah edir. Bu Sayta bir başa və ya digər saytlardan daxil olmaqla siz bu Siyasətdə qeyd olunmuş qaydaları qəbul edirsiniz. Məlumatın qorunması etibar tələb edir və Sizin məxfiliyiniz bizim üçün mühümdür. Bu səbəbdən də, adınız və sizinlə bağlı digər məlumatlardan Məxfilik Siyasətində qeyd olunmuş qaydada istifadə olunur. Biz yalnız lazım olduqda və sizinlə əlaqə saxlamaq məqsədilə məlumat toplayırıq. Məlumatınızı qanunla tələb olunan və ya onu toplama məqsədimiz üçün yararlı olduğu müddətdə saxlayırıq. Fərdi məlumatlarınızı daxil etmədən sayta daxil ola və göz gəzdirə bilərsiniz. Sayta daxil olduğunuz zaman adınız anonim olur və Saytda hesabınız olmadıqda və siz sayta istifadəçi adı və ya parolunuzu yığmaqla daxil olmadıqda biz sizin kimliyinizi müəyyən edə bilmərik.


    TOPLADIĞIMIZ MƏLUMATLAR
    Saytda məhsul sifarişini yerləşdirmək istəsəniz Sizə aid bir çox məlumat toplaya bilərik. Sizin Saytdan məhsul almağınızı və ya hər hansı bir tələbinizi təmin etmək və sizə xidmət göstərmək məqsədi ilə Sizdən məlumatınızı toplayır, saxlayır və araşdırırıq. Vəzifə, ad, cins, e-mail ünvanı, poçt ünvanı, çatdırılma ünvanı (əgər fərqlidirsə), qoşulma ünvanı, telefon nömrəsi, mobil nömrə, faks nömrəsi, ödəniş məlumatı, nəğd ödəniş və ya bank hesabı haqqında məlumatlar daxil olmaqla şəxsi məlumatlarınızı toplaya bilərik. Bizə verdiyiniz məlumatlardan istifadə edərək sizin sifarişlərinizi rəsmiləşdirir və sizi vebsaytımızda təklif olunan və tələblərinizə uyğun xidmətlərlə və məlumatlarla təmin edirik. Sizin razılığınıza əsasən digər məhsul və xidmətlərimiz barədə məlumatları e-mail vasitəsilə sizə göndərə bilərik. Marketinq məlumatlarını qəbul etmək istəməsəniz, istənilən zaman imtina edə bilərsiniz. Sifarişləriniz barədə məlumatlar bizdə saxlanıla bilər, lakin təhlükəsizliyi təmin etmək məqsədi ilə tərəfimizdən əldə edilə bilməz. Sayta daxil olma haqqında şəxsi məlumatlarınızın məxfiliyi barədə məsuliyyət daşıyırsınız və icazəsi olmayan üçüncü tərəflərə məlumat verməməlisiniz. Bizə fərdi məlumatınızı təqdim etməyi seçsəniz, həmin məlumatrın serverimizdə yerləşdirilməsinə və saxlanmasına razılıq vermiş olursunuz.


    TƏHLÜKƏSİZLİK
    Məlumatlarınız bizim serverdə saxlanılır. Sizin məlumatınızı əsas vəsait olaraq qəbul edirik və digərlərin icazəsiz olaraq bu məlumatlara daxil olmaması üçün bir çox alətlərdən (kodlaşdırma, parol, fiziki mühafizə və s.) istifadə edərək onun gorunmasını təmin edirik. Bununla əlaqədər olaraq, şəxsi məlumatlarınızın gorunması üçün mümkün olan bütün səylərimizə baxmayaraq, bu məlumatların daim məxfi qalacaqlarına vəd etmirik.


    HÜQUQLARINIZ
    Məlumatlarınız barədə narahatsınızsa, bizdə olan və ya təhlil etdiyimiz şəxsi məlumatınıza daxil olmağı tələb etməyə haqqınız var. Heç bir ödəniş etmədən məlumatınızı düzəltməyimizi bizdən tələb edə bilərsiniz. Marketing məqsədi ilə məlumatlarınızdan istifadə etməyimizi istədiyiniz anda dayandırmaq hüququnuz var.


    ÜMUMİ
    Bu sayt vasitəsilə dəyişikliklər edilmiş şərtləri göndərməklə Məxfilik Siyasətinə istənilən vaxt dəyişiklik edə bilərik.