logo
Zəng et

Shahin888

shahinra@gmail.com

Kampaniyalar

Həmrəy Olaq

Şirkətimiz regionlarda yaşayan yeni abonentlər üçün xüsusi kampaniyaya start verir. Artıq internetə qoşulmaq daha sərfəli və daha əlçatan olacaq. Kampaniya çərçivəsində yeni qoşulan abonentlər aylıq cəmi 15 AZN ödənişlə sürətli və sabit internetdən yararlana bilərlər.

Kampaniya müddətində abonentlər üçün əlavə xüsusi üstünlük təqdim olunur: 3 ay ardıcıl 15 AZN ödəniş edən və ya 45 AZN-i birdəfəlik tamamlayan istifadəçiləri Novruz bayramına özəl xüsusi sürpriz gözləyir.

Qaydalar və Şərtlər:

 • Kampaniya regionlar üçün keçərlidir.

 • Yeni qoşulan abonent ilk 3 ay aylıq 15 AZN ödəyir.

 • 3 aylıq ödəniş tam yerinə yetirildikdə abonent Novruz sürprizi qazanır.

 • 45 AZN-lik ümumi məbləğ tamamlanmadığı halda qoşulma, kabel, modem və digər texniki xərclər abonent tərəfindən ödənilir.


Şəhid ailələri və Veteranlar

Veteran, Qazi və Şəhid ailələri internet üzrə yeni qoşulma şərtləri:

1. Qoşulma pulsuz;

2. Şəhid ailələri üçün tələb olunan sənəd:

- Şəhid ailəsi üzvünün vəsiqəsi

- Anası, atası və həyat yoldaşı bu güzəşdən istifadə edə bilərlər;

- 1-ci və 2-ci Qarabağ muharibəsinin veteranı olduğu sənədin təqdim edilməsi;

- Müharibə əlilliyini təsdiq edən sənədin təqdim edilməsi;

3. Keçərlidir: Respublika üzrə;

4. İstifadə üçün modem ödənişsiz təqdim olunur.

5. Tarif: 18 AZN - 50 mbit/s.

Veteran statusunu yoxlamaq üçün link: https://emas.sosial.gov.az/warParticipantVictory